LANDŞAFT EKOLOGİYASI

coğrafi və ekoloji nöqteyi nəzərincə ekosistemlərdə kom-pleks qarşılıqlı əlaqələr haqqında təlim. L.E. termini geniş yayılmışdır, belə ki, bu məsələləri ənənəvi olaraq landşaftşünaslıq və biogeosenologiya həll edir. K.Trollun (1972) fikrincə bio-geosenologiya və L.e. terminlərini yanlış olaraq sinonim hesab edirlər.
LANDŞAFT
LANDŞAFT İNDİQATORLARI
OBASTAN VİKİ
Landşaft
Landşaft (alm. Landschaft‎) – bütün əsas komponentləri (litosferin üst horizontları, relyef, iqlim, sular, torpaq, biota) mürəkkəb qarşılıqlı əlaqədə olan və inkişaf səviyyəsinə görə eynicinsli vahid sistem təşkil edən təbii coğrafi kompleks. == Lantşaftın növləri == Ekologiyada landşaft təbiətdən səmərəli istifadə məqsədini əhatə edir. Landşaftlar mənşəyinə görə iki əsas tipə ayrılır – təbii və antropogen. == Təbii landşaftlar == Təbii landşaft yalnız təbii faktorların təsiri altında formalaşır. Aşağıdakılar təbii landşafta aid edilir: Geokimyəvi landşaft (Polınov, 1956) – kimyəvi elementlərin və birləşmələrin eyni tərkib və miqdara malik olan yer sahəsidir. Hər geokimyəvi landşafta müəyyən tip elementlərin və birləşmələrin miqrasiyası xasdır. Elementar landşaft (Polınov, 1915) – eyni cinsli süxurda, eyni relyef elementində yerləşərək bir bitki assosiasiyası və bir torpaq tipi ilə səciyyələnir. Elementar landşaft ellüvial, subakval və superakval adlı üç tipə ayrılır. Ellüvial landşaft – relyefin təpəlik (yüksəklik) elementlərində formalaşır.
Azərbaycan ekologiyası
Azərbaycan ekologiyası — Azərbaycan Respublikası ərazisindəki ekoloji vəziyyət. İqtisadiyyatın inkişafı, demoqrafik artımı, əhalinin gəlir səviyyəsinin yüksəlməsi hesabına istehlakın artması, iqlim dəyişmələri və digər səbəblər ətraf mühitə mənfi təsirin artması ilə nəticələnmişdir. Su hövzələrinin tullantı suları ilə çirkləndirilməsi, atmosfer havasına zərərli qazların atılması, biomüxtəlifliyin azalması, torpaqların eroziyaya uğraması və şoranlaşması, tullantıların idarə olunması sahəsindəki çatışmazlıqlar mövcud ekoloji problemlər sırasında hesab olunur. == Ekoloji problem == Azərbaycanın nəzarətsiz qalmış ərazilərində meşə zolaqlarının qırılması və yandırılması, Araz çayı və qollarının çirkləndirilməsi, flora və fauna növlərinin məhv edilməsi, mineral-xammal ehtiyatlarının qanunsuz mənimsənilməsini halları baş verir. Azərbaycan Respublikasının 1,7 milyon hektar ərazisinə ziyan dəymişdir ki, 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir. Qaracöhrə, ayıfındığı, Araz palıdı, yalanqoz, şərq çinarı, adi nar, mədəni üzüm, pirkal, şümşəd, eldar şamı, adi xurma, söyüdyarpaq armud və s. növ ağaclar ərazidən məhv olaraq dünya florasının xəzinəsindən silinmək üzrədir. Eyni zamanda, bu ərazilərdə “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və reptililərin 3, həşəratların 8, bitkilərin isə 27 növü qorunurdu ki, 1990-cı illərdən etibarən praktiki cəhətdən əraziyə nəzarət imkanı olmadığından sözügedən fauna və floranın hazırkı vəziyyəti barədə məlumat yoxdur. Xüsusi mühafizə olunan təbiət ərazilərinin 70 388,6 hektarı -Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarının ərazilərində olan qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələri bu gün də təhlükədə olmaqdadır.
Azərbaycanın ekologiyası
Azərbaycan ekologiyası — Azərbaycan Respublikası ərazisindəki ekoloji vəziyyət. İqtisadiyyatın inkişafı, demoqrafik artımı, əhalinin gəlir səviyyəsinin yüksəlməsi hesabına istehlakın artması, iqlim dəyişmələri və digər səbəblər ətraf mühitə mənfi təsirin artması ilə nəticələnmişdir. Su hövzələrinin tullantı suları ilə çirkləndirilməsi, atmosfer havasına zərərli qazların atılması, biomüxtəlifliyin azalması, torpaqların eroziyaya uğraması və şoranlaşması, tullantıların idarə olunması sahəsindəki çatışmazlıqlar mövcud ekoloji problemlər sırasında hesab olunur. == Ekoloji problem == Azərbaycanın nəzarətsiz qalmış ərazilərində meşə zolaqlarının qırılması və yandırılması, Araz çayı və qollarının çirkləndirilməsi, flora və fauna növlərinin məhv edilməsi, mineral-xammal ehtiyatlarının qanunsuz mənimsənilməsini halları baş verir. Azərbaycan Respublikasının 1,7 milyon hektar ərazisinə ziyan dəymişdir ki, 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir. Qaracöhrə, ayıfındığı, Araz palıdı, yalanqoz, şərq çinarı, adi nar, mədəni üzüm, pirkal, şümşəd, eldar şamı, adi xurma, söyüdyarpaq armud və s. növ ağaclar ərazidən məhv olaraq dünya florasının xəzinəsindən silinmək üzrədir. Eyni zamanda, bu ərazilərdə “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və reptililərin 3, həşəratların 8, bitkilərin isə 27 növü qorunurdu ki, 1990-cı illərdən etibarən praktiki cəhətdən əraziyə nəzarət imkanı olmadığından sözügedən fauna və floranın hazırkı vəziyyəti barədə məlumat yoxdur. Xüsusi mühafizə olunan təbiət ərazilərinin 70 388,6 hektarı -Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarının ərazilərində olan qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələri bu gün də təhlükədə olmaqdadır.
Dəniz ekologiyası
Dəniz ekologiyası - ekologiyanın dənizləri öyrənən sahəsi. == Dəniz çirklənməsi == Dəniz çirklənməsinin müxtəlif tərifləri var. Olduqca əhatəli elmi bir dəniz çirklənməsi tərifi 1970-ci ildə BMT tərəfindən reallaşdırılan ətraf çirklənməsi ilə əlaqədar konfransda verilmişdir. Bu tərifə görə dəniz çirklənməsi dəniz mühitinə və bioloji qaynaqlara zərər verəcək, insan sağlamlığına təhlükə yaradacaq, su məhsulları istehsalını da ehtiva edən dənizdən iqtisadi faydalanma imkanlarını məhdudlaşdıracaq və dənizin istirahət məqsədi ilə istifadə edilməsinə suyun keyfiyyətini pozaraq maneə yaradacaq şəkildə insanlar tərəfindən birbaşa və ya dolayı yollarla maddə və enerji buraxılması hadisəsidir. Başqa bir əhəmiyyətli dəniz çirklənməsi tərifi isə 2872 saylı Ətraf Mühit Qanununa əsaslanaraq Su Çirklənməsinə Nəzarət İdarəsi tərəfindən verilən tərifdir. "Dəniz çirklənməsi- dəniz qaynaqlarının kimyəvi, fiziki, bakteriyoloji, radyoaktif və ekoloji xüsusiyyətlərinin mənfi istiqamətdə dəyişməsi formasında müşahidə edilən və birbaşa ya da bilavasitə olaraq bioloji qaynaqlarda, insan sağlamlığında, balıqçılıqda, dəniz suyunun keyfiyyətində və dəniz suyunun digər məqsədlərlə istifadə edilməsində maneə törədici pozulmalar yaradacaq maddə və ya enerji tullantılarının boşaldılmasıdır." Dənizlərdə canlı həyatının kəmiyyətcə və növcə get-gedə azalması, şəhər, sənaye və əkinçilik tullantılarından qaynaqlanan dəniz çirkliliyinin artması sahil qurulaşmalarının genişlənməsi və həddindən artıq çox ovlanmanın əhəmiyyətli nəticəsidir. Müxtəlif yollardan meydana gələn dəniz çirkliliyi təbii qaynaqların davamlılığı və insanların gələcəyi baxımından böyük önəm daşıyır. Sənaye, dəniz nəqliyyatı, şəhərləşmə, turizm və tullantıların boşaldılması ilə yanaşı baş verən dəniz qəzaları ilə də hər keçən gün dənizlər daha sürətlə çirklənməyə başlamışdır. Dənizlərin istifadə sahələrindən biri, çirklilik əmələ gətirən deşarjlar üçün bir alıcı mühit olaraq istifadə edilməsidir. Bu çirklənmə dəniz sahilindəki məskunlaşma yerləri və sənayelərdən birbaşa ötürülə bildiyi kimi, axar sular, yağış suları və hava çirkliliyi ilə də daha uzaq bölgələrə daşıma yoluyla yarana bilər.
Kimya ekologiyası
Məişət ekologiyası
Məişət ekologiyası — İnsan populyasiyasının mövcudluğu və inkişafını təmin edən, əhalinin sağlamlığının qorunması və inkişafına xidmət edən, adamların fiziki və mənəvi qüvvələrinin rekreatsiyasına şərait yaradan, onların təkrar istehsalını təmin edən, adamları mənəvi-psixoloji cəhətdən formalaşdıran və insanla ətraf mühitin qarşılıqlı təsir qanunauyğunluğu əsasında reallaşan sosial-bioloji, mənəvi-psixoloji şəraiti əhatə edən mikromühit kimi dəyərləndirilir. Professor Sakit Hüseynov yazır ki, məişət ekologiyası anlayışı, başqa canlıların özünəməxsus yaşama yeri, insanın öz yaşama yeri, sosial-fəlsəfi baxımdan məişət şəraiti anlayışı kimi müəyyənləşdirilir. Bu mənada məişət ekologiyasını mənalandırarkən — insanın yaşma yeri olan mənzil-məişətin ekologiyası nəzərdə tutulur. Yaşamaq üçün hər bir canlı orqanizmin özünəməxsus yer seçməsi, oradan qida, su və s. tapması, zaman həddi ilə bağlı olan fəaliyyəti, müəyyən səbəbdən bir yaşayış yerini başqa yaşayış yeri ilə dəyişməsi, canlı orqanizmlərin həyat tərzi adlanır. Orqanizmin xarici aləmin, obyektiv təsirinə — işığa, temperatura, küləyə, yağışa, qara münasibəti də onun həyat tərzinə aiddir. Bu münasibətləri də ekologiya öyrənir. Professor Sakit Hüseynov göstərir ki, məişət ekologiyası insan ekologiyasının qorunmasında, onun fəaliyyətində mühüm zəruri əhəmiyyət kəsb edir. Buna görə də insan ekologiyasının qorunması digər amillərlə yanaşı, həm də məişət ekologiyasının normal təşkil olunması və yaxşılaşdırılmasından asılıdır. Məisət ekologiyasının normal təşkili və inkişaf səviyyasi isə əhalinin təmiz içməli su, keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsindən — rahat mənzil şəraitinin yaradılmasına qədər mürəkkəb və zəruri şərtlərin yerinə yetirilməsini tələb edir.
Radiasiya ekologiyası
Radiasiya ekologiyası - Ekologiyanın bölməsi olub radioaktiv maddələrin (nuklidlər) orqanizmə təsirini ayrı-ayrı ekosistem, populyasiya, orqanizm qrupu və orqanizmlərin ionlaşma şüalarına münasiətini, həmçinin ekosistemdə (populyasiya, biosenoloji mühit, xüsusilə torpaqda biosenozlarda) nuklidlərin yayılması (paylanması) və miqrasiyasını öyrənir. Yerüstü təmiz suların və dəniz ekosistemlərinin radioekologiyasına bölünür. Müxtəlif mexanizm, cihaz və qurğuların xarab olması və ya sıradan çıxması nəticəsində canlı orqanizmlərin normadan artıq dozada ionlaşmış təhlükəli şüalara məruz qalması. Uzun müddət yüksək dozalı radiasiyanın təsirilə ekosistemin dəyişməsi. Radiasiyaya ən çox davam gətirən torpaq yosunları sayılır. Sənaye personalını və əhalini ionlaşış şüalanmadan qorumaq istiqamətində aparılan tədbirlər. Radioaktivliyin (ionlaşmış şüaların) insan orqanizminə təsiri. Radiasiya.yükü radiasiyanın udulmuş dozası ilə ölçülür. Kosmik gəmi (KG) heyətini kosmik radiasiyadan KG.-də qoyulmuş nüvə reaktoru və ya izotop generatorunun şüalanması təsirindən mühafizə edən vasitədir. Kosmik radiasiyadan mühafizə sistemi heyəti hər tərəfdən əhatə etməlidir.
Torpaqların ekologiyası
ı Torpaqların ekologiyası- kənd təsərrüfatı ekologiyasının bölməsi; torpaqdan istifadə şəraitini təyin edən təbii faktorları öyrənir. Torpaqların ekologiyası təbiətin mühafizəsi fəaliyyəti ilə sıx bağlıdır. Bu termini L. Q. Ramenski (1938) təklif etmişdir. Torpaqların ekoloji münbitlik modeli torpaqların münbitlik modeli-bitki məhsuldarlığının müəyyən səviyyəsinə uyğun gələn aqronomik cəhətdən əhəmiyyətli torpağın xassələri və rejimlərinin məcmusu hesab olunur. Bu istiqamətdə olan materiallara və respublikamızda aparılan torpaq-aqroekoloji tədqiqatlara, ayrı-ayrı regionların təbii şəraitinin təhlilinə əsaslanaraq, bitkilərin (taxıl, pambıq, üzüm, çay, meyvə, otlaq, meşə) tələbatından asılı olaraq müxtəlif torpaqlar üçün münbitlik modeli işlənmişdir. Zonal əkinçilik sistemləri çərçivəsində münbitliyin idarə edilməsi əhəmiyyətinə görə Azərbaycan torpaqlarının xassələrinin faktiki və optimal parametrləri əsasında doqquz blokdan ibarət münbitlik modeli hazırlanmışdır: Aqroekoloji blok Torpaq tərkibi bloku Torpaq rejimləri bloku Torpaq xassələri bloku Qiymətləndirmə bloku Biometriya bloku Torpaq faunası bloku Aqromeliorasiya bloku Monitorinq bloku Torpaqların ekoloji münbitlik modeli torpaqların münbitlik modeli-bitki məhsuldarlığının müəyyən səviyyəsinə uyğun gələn aqronomik cəhətdən əhəmiyyətli torpağın xassələri və rejimlərinin məcmusu hesab olunur. Bu istiqamətdə olan materiallara və respublikamızda aparılan torpaq-aqroekoloji tədqiqatlara, ayrı-ayrı regionların təbii şəraitinin təhlilinə əsaslanaraq, bitkilərin (taxıl, pambıq, üzüm, çay, meyvə, otlaq, meşə) tələbatından asılı olaraq müxtəlif torpaqlar üçün münbitlik modeli işlənmişdir.
İnsanın ekologiyası
Ekologiya - insanın aləmdə tutuduğu yeri, rolu və fəaliyyəti haqında elmdir. İnsan və ətraf aləmin qarşılıqlı təsirinin qanunauyğun dərk edilməsinə istiqamətlənən elmdir. Bu qarşılıqlı əlaqələrin və fəaliyyətin dərk edilməsi və öyrənilməsi, insanın yaşayış mühitinin yaxşılaşdırılmasına, cəmiyyətdə baş verən proseslərin optimal və səmərəli olmasına kpmək etməlidir. Müasir mərhələdə insan ekologiyasının elmi müddəaları aşağıdakılardan ibarətdir: İnsan və bəşəriyyət əks reaksiya doğuran ətraf mühitin təsiredici amilləri altında olur. Ətraf mühit amillərinin insana və bəşəriyyətə olan təsiri həm müsbət, həm mənfi ola bilər. Xarici mühit amillərinin insan sağlamlığına, onun psixoloji halına, soial vəziyyətinə, demoqrafik göstəricilərə və s. təsirinin nəticəsi birbaşa və ya çox illərdən sonra özünü göstərə bilər. Xarici mühit amillərindən müdafiə, sivilizasiya zirehinin, süni yaşayış mühitinin yaradılması mütləq digər neqativ amillərin yaranmasına gətirib çıxarır. Texniki tərəqqi, insanları təbiətin neqativ təsirindən müdafiə edərək, eyni zamanda insana təsir göstərən neqativ amillərin sayının artmasına səbəb olur. Dəyişkən xarici mühit şəraitində insanın yaşamsı üçün, bu şəraitə adaptasiya olmaq lazımdır.
Bitki ekologiyası
Bitki ekologiyası — ekologiyanın bitki orqanizmləri, eləcə də bitkilər və onların ətraf mühiti arasında qarşılıqlı asılılıq və əlaqəni öyrənən elm sahəsi. Bitki ekologiyasına misal olaraq Şimali Amerikada mülayim yarpaqlı meşələrin yayılması, quraqlığın və ya daşqının bitkilərin sağ qalmasına təsiri, səhra bitkilərinin su uğrunda mübarizəsi və ya otlayan heyvan sürülərinin otlaqların tərkibinə təsiri göstərilə bilər. == Bitki növləri == Yer kürəsinin əsas bitki növləri O.V. Arçibold tərəfindən təqdim edilmişdir: Arçibold 11 əsas bitki növü ayırmışdır: tropik meşələr tropik savannalar quraqlıq bölgələr (səhralar) Aralıq dənizi ekosistemləri mülayim meşə ekosistemləri mülayim çəmənliklər iynəyarpaqlı meşələr tundra (həm qütb, həm də yüksək dağ) quru bataqlıq əraziləri şirin su sahili ekosistemləri dəniz sistemləri Bitki və bitki örtüyünün tədqiqi onların formasına görə mürəkkəbdir. Birincisi, bitkilərin əksəriyyəti torpaqda kök salır, bu da qida maddələrinin qəbulunu və növlərin qarşılıqlı təsirini müşahidə etmək və ölçməyi çətinləşdirir. İkincisi, bitkilər çox vaxt vegetativ yolla çoxalır və müxtəlif bitkiləri ayırd etməyi çətinləşdirir. Əslində fərd anlayışının özü şübhəlidir, çünki hətta bir ağac da əlaqəli meristemlərin böyük toplusu kimi qəbul edilə bilər. Nəticə etibarı ilə bitki ekologiyası və heyvan ekologiyası çoxalma, yayılma və qarşılıqlılıq kimi proseslərlə bağlı problemlərə müxtəlif yollarla yanaşır. Bəzi bitki ekoloqları populyasiya ekologiyasına diqqət yetirərək bitki populyasiyalarına heyvan populyasiyaları kimi yanaşmaq cəhdlərinə çox diqqət yetirirlər. Bir çox digər ekoloqlar hesab edirlər ki, müəyyən elmi problemləri həll etmək üçün əhali ekologiyasından istifadə etmək faydalı olsa da, bitkilər ekoloqlardan problemə, miqyasa və vəziyyətə uyğun olan çoxsaylı perspektivlərlə işləməyi tələb edir. == Fotosintez == Bitkiləri müəyyən edən xüsusiyyətlərdən biri də fotosintezdir.
Media ekologiyası
Media ekologiyası — media, texnologiya və kommunikasiyanı və onların insan mühitinə necə təsir etdiyini öyrənən nəzəriyyə. Nəzəri konsepsiyalar 1964-cü ildə Marşall MakLuhan tərəfindən təklif edilmişdir. Media ekologiyası termini isə ilk dəfə rəsmi olaraq 1968-ci ildə Nil Postman tərəfindən təqdim edilmişdir. Bu kontekstdə ekologiya medianın istifadə olunduğu mühitə – onların nə olduğu və cəmiyyətə necə təsir etdiyinə aiddir. Nil Postman qeyd etmişdir ki, "biologiyada "mühit" bakteriya mədəniyyətinin böyüdüyü bir şeydirsə (Petri qabında olduğu kimi), media ekologiyasında mühit [insan] mədəniyyətinin böyüdüyü texnologiyadır". Başqa sözlə, "media ekologiyası ünsiyyət vasitələrinin insan qavrayışına, anlayışına, hisslərinə və dəyərlərinə necə təsir etməsi, media ilə qarşılıqlı əlaqələrinin onların yaşamaq şansını necə asanlaşdırması və ya əngəlləməsi məsələsinə baxır. Ekologiya sözü bu mühitlərin öyrənilməsini nəzərdə tutur: onların strukturu, məzmunu və insanlara təsiri. Nəticə etibarı ilə mühit, insanlara müəyyən düşüncə, hiss və davranış üsullarını tətbiq edən mürəkkəb mesaj sistemidir." Bundan əlavə, alimlər medianı geniş şəkildə cəmiyyətin təbiəti və mədəniyyətini ikisi arasında "trafik"i öyrənən media ekologiyası ilə birləşdirən infrastruktur sistemi ilə müqayisə etmişdilər. == Qlobal kənd == Marşall MakLuhan təcridin sonunu xarakterizə etmək üçün qlobal kənd ifadəsini işlətmişdir: "insanlar artıq təcrid olunmuş vəziyyətdə yaşaya bilməzlər, əksinə, həmişə davamlı və ani elektron media ilə bağlanacaqlar". MakLuhan "Qutenberq qalaktikası: Tipoqrafik insanın yaradılması" kitabında qlobal kənd ideyasına toxunur: "Bir kəndin xarakteri belədir və ya elektrik mediası olduğu üçün qlobal kəndin də xarakteri belədir.
Antropogen landşaft
Antropogen landşaft — insanın təsərrüfat fəaliyyəti nəticəsində dəyişdirilmiş təbii landşafta, həmçinin insanın yaratdığı təbii- istehsal komplekslərinə, şəhər, qəsəbə, texnogen, kənd təsərrüfatı landşaftlarına deyilir. Antropogen landşaftlar hal-hazırda Yerin quru sahəsinin təxminən 50 %-ni əhatə edir. Antropogen landşaftlar özünü tənzimləyən təbii landşaftdan fərqli olaraq, insanın nəzarəti altında olub, idarə olunur. == Antropogen landşaftların tarixi və genetik xüsusiyyətləri == Müasir dövrdə elm və texnikanın, məhsuldar qüvvələrin sürətli inkişafı yerin landşaft sferasının təbiətində əsaslı şəkildə ciddi struktur dəyişmələri yaratmışdır. XX əsrin 60–70-ci illərindən başlayaraq antropogen landşaftların öyrənilməsinə maraq xeyli artmışdır. XIX əsrin ortalarından başlayaraq tədricən maşınlı sənayenın yaranması ilə dünyada və Azərbaycanda təbii ehtiyatların mənimsənilməsinin yeni, daha dağıdıcı və təbii landşaftlara qarşı amansız müdaxilə mərhələsi başlayır. Bu dövr XX əsrin ortalarına kimi davam edir. Quba, Qusar, Gədəbəy, Daşkəsən, Masallı, Lənkəran və s. inzibati ərazilərdəki dağ meşələri antropogen təsirlərlədən əsaslı şəkildə ziyan görür. Hazırda bu ərazilərdəki meşələrin əsas hissəsi təkrar törəmə meşələrdir.
Coğrafi landşaft
Karst landşaft
Karst landşaft (rus. карстовый ландшафт, ing. karst landscape) — karstın inkişaf etdiyi sahələrin landşaftı. Mülayim enliklərdə qapalı dərinlik və çökəkliklərin olması səthi axınların az olması, qrunt sularının dərində yatması, yeraltı boşluqların olması, mağaralar, itən çaylar, gur bulaqlar və b. əlamətlərlə fərqlənir. Subtropik və tropik qurşaqlarda qüllə, konus, günbəz, çılpaq daşlı sahələr, çökəklik karstı və b. formada qalıq relyef formalarının olması ilə səciyyələnir.
Landşaft rejimi
Landşaft rejimi (en. landscape mode) – kağız vərəqinin elə yönümüdür ki, mətn və ya görüntü vərəqin uzun tərəfi boyunca çap olunur, yəni görüntünün və ya səhifənin eni hündürlükdən çox olur. Landşaft monitor (en. landscape monitor) – eni hündürlüyündən böyük olan monitor. Landşaft monitorların eni, televiziya ekranında olduğu kimi, hüdürlüyündən təxminən 33% böyük olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Landşaft sferası
Landşaft sferası (rus. ландшафтная сфера; ing. landscape sphere) coğrafi təbəqənin sinonimi; coğrafi örtüyün bir hissəsi — litosfer, atmosfer və hidrosferin qarşılıqlı təsir zonası; cəmiyyət də daxil olmaqla təbii və antropogen landşaft.
Landşaft təbəqəsi
Mədəni landşaft
Mədəni landşaft- insan fəaliyyəti sayəsində müəyyən bir ehtiyacı ödəmək üçün yaradılmış landşaft. İnsanın təsərrüfat fəaliyyətinin təsirini görməmiş təbii landşaftdan fərqli olaraq Mədəni landşaft daima insanın təsiri və nəzarəti altında olur. Səhra içərisində vahə, çöl zonasında zəmi, bağ, üzümlük, tropik meşələr arasında çay kolu, banan plantasiyaları, qırılmış meşə yerində örüş və tarla, quraqlıq yerdə süni salınmış meşə və s. mədəni landşafta aiddir. Landşaft planlaşdırması adətən digər planlaşdırma vasitələrindən əvvəl və yaxud onlarla kompleks istifadə olunur və aşağıdakı şəkildə təbii ehtiyatların mühafizəsi və onlardan davamlı istifadəyə kömək edir: -Müxtəlif məqsədlər üçün torpaqdan istifadənin daha effektiv olmasına və bu sahədə məlumatlandırmaya təminat verir, məsələn, tikililər, yerquruluşu, meşə massivləri və biomüxtəliflik üçün; -Torpaqdan istifadədə müxtəlif təşkilat və siyasətçilərin müxtəlif səviyyələrdə qərarlarını birləşdirir; -Əhali ilə aktiv münasibət yaratmaqla məlumat sisteməlşdirilir və interaktiv (əhalinin iştirakı) plan üçün sənədlər hazırlanır; -Təbii resurs və komplekləslərin istifadəsində konkurent varintlar olduqda, xüsusən bazar iqtisadiyyəti şəraitində, optimal qərarın tapilmasına xidmət edir; -İnvestorlara layihələrə qoyulan tələbləri nəzərə almağa və onların reallaşdırılmasının məqsədəuyğunluğu haqqında vaxtında və doğru qərar qəbul etməyə imkan verir; -Planlaşdırmaya bütün marağı olan tərəfləri, o cümlədən yerli əhalini, cəlb edən komunikativ prosesdir və cəmiiyətin demokratlaşmasına, onun sosial-iqtisadi stabilliyinə və davamlı inkişafına yardımçı olur.
Texnogen landşaft
Texnogen landşaft — müasir güclü texnikadan istifadə etməklə strukturası və forması insanın təsərrüfat fəaliyyəti nəticəsində yaranan antropogen landşaftın müxtəlif növləridir. İnsanın təsiri birbaşa (torpağın, bitkinin, yerin üst qatının, sənaye, məişət, tikinti, neft tullantıları ilə yerin səthin tutulması, su ilə basdırılması) və dolayı yolla (suyun, torpağın, atmosferin sənaye tullantıları ilə çirklənməsi və dəyişməsi) ola bilər.
Nival subnival landşaft
Nival subnival landşaft — Bu landşaft tipi Böyük Qafqazın cənub yamacında 3200-4400 m-lik mütləq yüksəklik diapazonunda olan uca dağların suayrıcı xətti boyu dar zolaq şəklində uzanan əraziləri əhatə edir. Əsasən mütləq yüksəkliyi 3500 m-dən çox olan Bazardüzü (4466 m), Tufandağ (4106), Çorundağ (4079 m), Məlkəmud (3879 m), Quton (3608 m), Çuxadurmaz (3572 m) kimi dağ zirvələrində formalaşan bu landşaft kompleksinin ümumi sahəsi 390 kvadrat kilometr olub,Azərbaycan daxilində Böyük Qafqazın cənub yamacının 11,1%-ni təşkil edir. Relyefin böyük nisbi və mütləq yüksəkliyi və sərt iqlim şəraiti nival-subnival qurşaqdakı landşaftların formalaşması və inkişafında əsaslı rol oynayır. Fiziki aşınma, şaxta aşınması,qravitasiya, eroziya-denudasiya, soliflükasiya kimi müxtəlif proseslərin böyük potensial enerji ehtiyatları burada landşaftların daha çox dinamikliyinə şərait yaradır. Bundan başqa sərt relyefə və davamiyyətli qar örtüyünə malik olan bu landşaftlar bəzi yerlərdə buzlaq sahələrinə çox yaxın olduğundan burada kimyəvi elementlərin hipergen miqrasiyasını öyrənmək hələlik mümkün deyildir. Lakin əldə etdiyimiz faktiki göstəricilər bu landşaftlarda ekoloji-geokimyəvi şəraitin ümumi cəhətləri haqqında müəyyən təsəvvürlər yaratmağa imkan verir. Yüksək dağlığın nival-subnival landşaft qurşağı Böyük Qafqazın cənub yamacı ərazisindəki dik və uçurumlu-qayalı dağ yamaclarını, düzəlmə səthlərini, aşınma prosesləri nəticəsində formalaşan ufantı konuslarını və s. bu kimi bir sıra elementar landşaftları əhatə edir. Dağ yamaclarında tez-tez ufantı konuslarına, uçqunlara, qaya çıxıntılarına təsadüf edilir.Dik və uçurumlu yüksək dağ yamaclarında yayılmış ufantı konusları, buzlaq və qar örtüyünün yaratdığı relyef formaları (karlar, sirklər, morenlər) və yarğanvari çay dərələri geniş əraziləri əhatə edir. Digər landşaftlardan (alp çəmənliyi və meşə landşaftlarından) fərqli olaraq nival-subnival landşaftlarda dağ süxurlarının maddi tərkibi və geokimyəvi xüsusiyyətləri kimyəvi elementlərin hipergen miqrasiyasına daha çox təsir göstərir.
Yarımsəhra landşaft kompleksi
Yarımsəhra landşaft kompleksi- Yarımsəhralar Abşeron yarımadasının böyük bir hissəsinin (90%) əhatə edir. Bu da iqlimin quraq olması, relyefin alçaq olması və süxurların litoloji tərkibi ilə əlaqədardır. Onun arealı Xəzər dənizi ilə 500–600 m. Mütləq hündürlüklər arasındaki ərazini əhatə edir. Yarımadanın qərb və mərkəz hissələrinin relyefi sinklinal dərə və çökəkliklərlə ayrılmış qabarıq antiklinal silsilələr, tirələr və yüksəkliklərlə xarakterizə olunur. Bu ərazilərdə Neogen və Dördüncü dövrün karbonatlı – terrigen çöküntüləri yayılmışdır. Burada həm də palçıq vulkanları çox inkişaf etmişdir. Yarımadanın şərq hissəsi əsasən düzənlik olub, orta-yuxarı-Dördüncü dövr və müasir çöküntülərlə örtülmüşdür. Nisbətən hündür relyef yarımadanın şimal-qərb hissəsində rast gəlinir (Qoyundağ – 333 m, Qaraheybət – 272 m), şərqə doğru isə relyef alçalır (Məqribi R. A., 1997). Yarımsəhra iqliminin məhsulu olan şoranlıqlar və duzlu göllər (Mirzaladi, Böyük Şor, Saray, Pirşağagöl və s.) yarımadanın landşaftları üçün xarakterik olub geniş yayılmışdır.
Landşaft komplekslərinin ekoloji qiymətləndirilməsi
Quru-çöl landşaft kompleksi
Quru-çöl landşaft kompleksi — Yarımsəhra landşaftları ilə tipik çöllər arasında keçid təşkil edən bu landşaft tipi Abşeron yarımadasında kiçik sahələrlə parçalanmış areallarla yayılmışdır. Ərazinin relyefi platoşəkilli yüksəkliklər və təpəli-tirəli düzənliklərlə təmsil olunur. Süxurlar məhsuldar qatın Abşeron gilləri, əhəngdaşları və qum-gillərdən ibarətdir. Hündürlük 50–145 m arasında dəyişir. Qabarıq və bəzi hissələrdə pilləvari quruluşa malik Güzdək platosunun hündürlüyü 160–200 m-ə çatır. Burada il ərzində günəşli saatların miqdarı 2200–2400 saata qədərdir. Yanvarın orta temperaturu 2,5–3,00C, iyulun orta temperaturu 24–250C arasında dəyişir. Mütləq maksimum temperatur 40–410C, mütləq minimal temperatur isə −14–150C — dir. Ərazidə şimal və cənub küləkləri üstünlük təşkil edir. Ən sürətli küləklər (orta sürət 6–8 m/san) şimal və şimal-qərb istiqamətlərindən əsir.
Zilim (landşaft təbiət parkı)
Zilim landşaft təbiət parkı — yerli əhəmiyyətli qorunan təbiət abidəsi. Təbiət parkı 2005-ci ildə resursların bərpası, turizmin inkişafı və mövcud bioloji növlərin qorunması məqsədilə təşkil olunmuşdur. Park Başqırdıstanın xüsusən qorunan təbiət ərazisi statusuna malikdir. Park ərazisində unikal təbiət kompleksi, nadir yayılmış bitki və heyvan növlərinə rast gəlmək olar. Başqırdıstan Respublikası Qafuri rayonu ərazisində, Zilim çayı hövzəsində yerləşir. Park 38,1 min ha ərazini əhatə edir. Park alçaq dağlıq əraziləri əhatə edir ki, burada da 68 mağara mövcuddur. Onlardan Oktyabrskaya və Kinderle mağaraları daha çox seçilir. Park ərazisinin 90 % meşə ilə örtülmüşdür. Əsasən qarışıq və enliyarpaqlı meşələr üstünlük təşkil edir.
Qanıx-Əyriçay ekogeokimyəvi landşaft rayonu